Modern.az

İmran Xandan xəbər YOXDUR

İmran Xandan xəbər YOXDUR

Dünya

2 Dekabr 2025, 00:10

Ötən həftə mətbuatda Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın öldürülməsi barədə xəbərlər yayılıb. Xəbərin ilk mənbəyi kimi "Afghanistan Times" media portalı göstərilib.

Ancaq rəsmi mənbələr məlumatı təkzib edib. İmran Xanın sağ olduğu, həbs müddətinin davam etdiyi qeyd olunub.

Buna baxmayaraq İmran Xanın ailəsi ondan xəbər ala bilmirlər. Modern.az xəbər verir ki, bu barədə sabiq baş nazirin oğlu Kazım Xan "Reuters" agentliyinə açıqlamasında bildirib.

Oğlu İmran Xanın onun vəziyyəti ilə bağlı heç bir təsdiqlənmiş məlumatın olmamasından ciddi narahatdır.

Kazım deyib ki, ailə son üç həftə ərzində atalarının sağ olduğuna dair heç bir sübut almayıb. Məhkəmənin həftəlik görüşə icazə verməsinə baxmayaraq, bütün ziyarətlər bloklanıb və ailənin Xanla birbaşa təması kəsilib.

“Atanızın təhlükəsiz, yaralı və ya hətta sağ olub-olmadığını bilməmək psixoloji işgəncədir. Bizə verilən son məlumat aylar əvvəl olub və onun da həqiqiliyini təsdiq etmək mümkün deyil”, – Kazım bildirib. O əlavə edib ki, ailənin şəxsi həkiminin də İmran Xanı bir ildən çoxdur müayinə etməsinə icazə verilmir.

Pakistan Daxili İşlər Nazirliyi mövzu ilə bağlı suallara cavab verməyib. Adının açıqlanmasını istəməyən bir həbsxana rəsmisi isə İmran Xanın “sağlam vəziyyətdə” olduğunu qeyd edib və onu daha sərt rejimli müəssisəyə köçürmək planı barədə məlumatı olmadığını deyib.

72 yaşlı İmran Xan 2023-cü ilin avqustundan bəri müxtəlif cinayət işləri üzrə həbslə üzləşir. O, əvvəlcə vəzifədə olarkən hədiyyələri qanunsuz satmaqda günahkar bilinib, daha sonra diplomatik sənədi sızdırmaqda 10 il, ayrı bir korrupsiya işi üzrə isə 14 il həbs cəzası alıb. Xan ittihamları siyasi motivli adlandırır.

Ailənin narahatlığını artıran əsas səbəb tam informasiya blokadasıdır. Televiziya kanallarına Xanın ad və ya görüntüsünü istifadə etməmək tapşırılıb. Onun həbsdən sonra çəkilmiş tək, keyfiyyətsiz bir məhkəmə fotosu internetdə qalıb.

Kazım və qardaşı Süleyman İsa Xan hazırda anası Cəmimə ilə Londonda yaşayır və Pakistanın siyasi həyatından uzaq durmağa üstünlük verirlər. Onlar son dəfə atalarını 2022-ci ilin noyabrında - ona qarşı sui-qəsddən sonra Pakistanda görüblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev işinə görə HƏBSLƏR BAŞLADI - Əvvəlcə Kərimli, sonra da...