Türkiyənin müxtəlif bölgələrində Fətullah Gülən Təşkilatı (FETÖ) ilə əlaqəsi olan 120-dən çox şübhəli tutulub.
Modern.az xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya sosial mediada bildirib.
Nazirin sözlərinə görə, son iki həftə ərzində FETÖ-yə qarşı aparılan əməliyyatlar zamanı 121 şübhəli tutulub.
Şübhəlilər hərbçilər, tələbələr və məhkəmə üzvləri arasında müəyyən edilib.
Nazirin sözlərinə görə, Gülən təşkilatı üçün kampaniya aparan şübhəlilərdən 58-i həbs edilib, 29-u məhkəmə nəzarəti altındadır və qalanları ilə bağlı araşdırmalar davam edir.
Türkiyə hakimiyyəti FETÖ (Fetullahçı Terror Təşkilatı) təşkilatını düz doqquz il əvvəl, 15 iyul 2016-cı ildə baş verən çevriliş cəhdində iştirak etməkdə ittiham edir.
Çevrilişdən sonra Türkiyədə 80 mindən çox insan həbs edilib, hərbi qulluqçular da daxil olmaqla təxminən 150 min dövlət qulluqçusu işdən çıxarılıb və ya vəzifəsindən kənarlaşdırılıb.