Britaniya kral ailəsinin üzvü Endryu Mauntbatten Uindsor pedofil Cefri Epsteynlə əlaqələri ilə bağlı qalmaqaldan sonra qalan son kral titullarından da rəsmi şəkildə məhrum edilib.
Modern.az “The Independent”ə istinadən xəbər verir ki, Kral Çarlzın göstərişi ilə 2006-cı ildə ona verilmiş Qarter Ordeninin üzvlüyü ləğv olunub.
Ötən ay 65 yaşlı Endryu həm HRH (Ali Kral Zati-aliləri) titulunu, həm də Şahzadə titulunu itirmişdi. O, hələlik Kral Donanmasında vitse-admiral rütbəsini saxlayır, lakin müdafiə naziri Con Hili bu məsələnin də Bukingem sarayı ilə birlikdə araşdırıldığını bildirib.
Endryunun kral ailəsindəki rolu son illər Cefri Epsteynlə əlaqələrinə dair narahatlıqlar dərinləşdikcə faktiki olaraq başa çatıb. Saray onun bütün kral titullarını itirdiyini açıqladıqdan sonra, həmçinin “Royal Lodge” adlı iqamətgahını da tərk edəcəyini bildirib.