İki böyük regional güc olaraq Tehran və Ankara regionda davamlı sülh, sabitlik və inkişafı təşviq etmək üçün sıx əməkdaşlığa sadiqdirlər.
Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçi bildirib.
Arakçi dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan və onu müşayiət edən nümayəndə heyətini Tehranda qəbul etdiyini söyləyib.
O qeyd edib ki, "tamamilə isti və konstruktiv bir atmosferdə iki tərəf ikitərəfli münasibətlərin artan trayektoriyasını nəzərdən keçirib və hər iki ölkə liderlərinin iqtisadi, ticarət, enerji, texnologiya, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlığı dərinləşdirmək əzmini bir daha təsdiqləyiblər".
Arakçi əlavə edib ki, hər iki tərəf "Qəzza və İordan çayının Qərb sailindəki fəlakətli vəziyyətlə bağlı dərin narahatlıqlarını ifadə edib, İsrail rejimi tərəfindən törədilən soyqırımı qətiyyətlə pisləyib və bu cinayətlərə son qoyulması və rejimin beynəlxalq forumlarda məsuliyyətə cəlb edilməsinin təcili zərurəti barədə razılığa gəliblər".
Suriya və Livandakı hadisələrdən danışan Abbas Arakçi vurğulayıb ki, hər iki ölkə "bu dövlətlərin milli suverenliyinə, ərazi bütövlüyünə və birliyinə tam hörməti vurğulayır və davam edən İsrail təcavüzünü qətiyyətlə pisləyir".