Qarabağdan qovulan separatçıların sonuncu başçısı Samvel Şahramanyan İrəvanda İstintaq Komitəsinə çağırılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Şahramanyan qiyamçı keşiş Baqrat Qalstanyanın işi ilə bağlı dindirilmək üçün İstintaq Komitəsində ifadə verməli olacaq. Vəkil Roman Yeritsyan bu barədə Facebook səhifəsində yazıb.
O qeyd edib ki, dindirilmə bu gün keçiriləcək.