Modern.az

Köçəryan fəallaşır: seçki siyahısına başçılıq edəcək

Köçəryan fəallaşır: seçki siyahısına başçılıq edəcək

Dünya

3 Dekabr 2025, 09:54

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan fəallaşmağa başlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Köçəryan 30 noyabrda bir qrup tərəfdarı ilə qapalı görüş küçirib. Görüşdəki müzakirələrin məzmunu barədə mətbuata məlumat verilməyib.

Bəzi epizodların yaxın günlərdə ictimaiyyətə açıqlanması planlaşdırılır.

Görüşün adının açıqlanmasını istəməyən iştirakçısı mətbuata deyib ki, Köçəryan tərəfdarlarına “Hayastan” alyansının 2026-cı ilin seçki siyahısına rəhbərlik edəcəyini söyləyib.

Ermənistanda parlamemt seçkiləri 2026-cı ilin iyununda keçirləcək.

 

Sizə yeni x var
Keçid et
Rusiya Əli Kərimliyə bu göstərişi verib - ŞOK DETALLAR üzə çıxdı