Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri 135.000 nəfərin yaşadığı Tumşuq qraflığından 141 kilometr şimal-qərbdə, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.