Ermənistanın müdafiə naziri Suren Papikyan hərbi xidmət müddətinin azaldılmasından danışıb.
Modern.az xəbər verir ki, parlamentdə çıxış edən Papikyan deyib burada bir məqsəd var: Ermənistan ordusunu daha peşəkar etmək.
Onun sözlərinə görə, bu qərar orduya qəbulun səmərəliliyinin artırılmasına əsaslanır.
Nazir konkret rəqəmlər verməkdən imtina edib və qeyd edib ki, onları əvvəllər də səsləndirib.
"Lakin hesablamalarla bağlı hər hansı bir şübhə yaranarsa, bu məsələyə yenidən ətraflı baxmağa hazıram", - deyə Papikyan əlavə edib.
Xatırladaq ki, Ermənistanda sıravi əsgərlər üçün məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endiriləcək. Bu qərar 2026-cı il yanvarın 1-dən sonra məcburi xidmətə çağırılan vətəndaşlara şamil ediləcək.
Orduya qış çağırışı prosesi 2026-cı il yanvarın 7-də başlayacaq.