Modern.az

"FaceTime" Rusiyada qadağan edildi

"FaceTime" Rusiyada qadağan edildi

Dünya

4 Dekabr 2025, 15:27

"Roskomnadzor" (Rusiyann rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara Nəzarət Federal xidməti) "FaceTime" servisinin işini məhdudlaşdırıb.

Modern.az xəbər verir ki, bu barədə TASS qurumun Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

Bu addım sözügedən servisdən terror fəaliyyətinin təşkili və icrası məqsədilə istifadə olunması ilə izah edilir.

"Hüquq-mühafizə orqanlarının məlumatına görə, "FaceTime" servisindən ölkə ərazisində vətəndaşlarımıza qarşı terror fəaliyyətinin təşkili və həyata keçirilməsi, dələduzluq və s. cinayətlərdə istifadə olunur. Bu səbəbdən, "Roskomnadzor" "FaceTime" ilə bağlı məhdudiyyətlər tətbiq edir", - deyə məlumatda bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!