Modern.az

Rusiyaya qarşı yeni sanksiyalar

Rusiyaya qarşı yeni sanksiyalar

Dünya

4 Dekabr 2025, 19:52

Böyük Britaniya “Noviçok” işi üzrə araşdırmadan sonra Rusiya hərbi kəşfiyyatına qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi məlumatında bildirilir.

 

Sanksiyaların tətbiqi 2018-ci ilin martında Solsberi şəhərində britaniyalı Daun Stercisin ölümü ilə nəticələnmiş keçmiş Rusiya casusu Sergey Skripalın qətl cəhdi ilə bağlı aparılmış araşdırmanın yekun hesabatına əsaslanır. Araşdırmanın nəticələrinə görə, bu əməliyyat Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənib.

 

Araşdırma komissiyasının sədri Lord Hyuz tərəfindən təqdim edilən yekun 174 səhifəlik hesabat bunu təsdiqləyir.

 

Qeyd olunur ki, sanksiyalar “Rusiya dövləti tərəfindən dəstəklənən düşmənçilik fəaliyyətlərinin arxasında dayanan” Rusiyanın hərbi kəşfiyyatında çalışanlar da daxil olmaqla 11 şəxsi əhatə edir.

 

Bununla da Rusiyanın hərbi kəşfiyyatı tam olaraq Böyük Britaniyanın sanksiyaları altında olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!