Modern.az

Naməlum dronlar Zelenskinin təyyarəsini təqib edibmiş 

Naməlum dronlar Zelenskinin təyyarəsini təqib edibmiş 

Dünya

4 Dekabr 2025, 20:39

Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Dublin hava limanına enməzdən əvvəl dörd hərbi tipli pilotsuz uçuş aparatı tərəfindən izlənilib.

Modern.az xəbər verir ki, bu barədə İrlandiyanın “The Journal” nəşri mənbələrə istinadən məlumat yayıb.

Hadisə dekabrın 1-də Zelenskinin İrlandiyaya səfəri zamanı baş verib. Mənbələr jurnalistlərə bildiriblər ki, 4 naməlum dron uçuş qadağasını pozaraq Dublin hava limanına gedən Ukrayna prezidentinin təyyarəsi ilə eyni trayektoriya ilə gedib.

Mənbələrin məlumatına görə, pilotsuz təyyarələr Dublinin şimal-şərqindən havaya qalxıb. Pilotsuz təyyarələrin qurudan, yoxsa aşkarlanmayan gəmidən gəldiyi hələlik məlum deyil. Nəşr əlavə edib ki, pilotsuz təyyarələr daha sonra Zelenskinin səfərindən bir qədər əvvəl İrlandiya dənizində gizli şəkildə yerləşdirilən İrlandiya Hərbi Dəniz Qüvvələrinə məxsus LÉ William Butler Yeats gəmisinin üzərində dövrə vurub. Mənbələr jurnalistlərə bildiriblər ki, yerli hüquq-mühafizə orqanları artıq araşdırma aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla Ukrayna sərt xəbərdarlıq dayandırın!