Modern.az

ABŞ ordusu gəmiyə zərbə endirdi

ABŞ ordusu gəmiyə zərbə endirdi

Dünya

5 Dekabr 2025, 08:25

ABŞ ordusu Sakit okeanda beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan bir gəmini məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

 

“Kəşfiyyat gəminin narkotik maddə daşıdığını və Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini təsdiqləyib. Gəmidə dörd narkotik terrorçusu olub, onlar öldürülüb”, - komandanlığın bəyanatında qeyd olunur.

 

Pentaqon ABŞ-ın narkotik ticarəti ilə məşğul olan gəmilərə endirdiyi zərbələrin qanuni olduğunu bildirib.

 

Dekabrın 3-də ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında narkotik kartelləri ilə mübarizə çərçivəsində Vaşinqtonun tezliklə quru hədəflərinə də zərbələr endirəcəyini bəyan edib. ABŞ Venesuelanı narkotik ticarəti ilə kifayət qədər mübarizə aparmamaqla ittiham edir.

 

Sentyabr ayından bəri ABŞ qüvvələri bu bölgədə ən azı 20 sürətli qayığı batırıb və nəticədə 80-dən çox insan həlak olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi