Modern.az

Qroznıya dron zərbələri endirildi - GÖRÜNTÜ

Qroznıya dron zərbələri endirildi - GÖRÜNTÜ

Dünya

5 Dekabr 2025, 10:10

Çeçenistanın paytaxtı Qroznıda yerləşən “Qroznı-Siti” biznes-mərkəzi dron hücumuna məruz qalıb.

Hadisə nəticəsində binanın bir neçə mərtəbəsi zədələnib.

Modern.az xəbər verir ki, biznes-mərkəzdə Çeçenistan Təhlükəsizlik Şurasının, Hesablama Palatasının və Mərkəzi Seçki Komissiyasının ofisləri yerləşir.

İlkin ehtimala görə, zərbə pilotsuz uçuş aparatı ilə endirilib. Əraziyə operativ və xilasedici qüvvələr cəlb edilib.

Regiondakı hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib və “Xalça” rejimi tətbiq olunub.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi