Ermənistan məhkəməsi cümə axşamı saxlanılan Eçmiədzin kilsəsinin dəftərxana müdiri, arxiyepiskop Arşak Xaçatryan haqqında iki aylıq həbs qətimkan tədbiri seçib.
Modern.az xəbər verir ki, qərar hakim Masis Melkonyan tərəfindən verilib və bununla da müstəntiqlərin vəsatəti təmin edilib.
Müstəntiqlərin məlumatına görə, 2018-ci ildə yepiskop kiməsə bütün ermənilərin katolikosu II Qareginin taxtdan imtina etməsi tələbi ilə etiraz aksiyası keçirən fəalın çantasına narkotik atmağı tapşırıb. Xaçatryan bunu etirazçıları nüfuzdan salmaq üçün edib.
Lakin onun vəkil qeyd edib ki, Arşak Xaçatryana qarşı irəli sürülən ittihamın (narkotik qaçaqmalçılığı) istintaqın özünün təsvir etdiyi hadisə ilə heç bir əlaqəsi yoxdur.
Qeyd etmək lazımdır ki, bu, Erməni Kilsəsinin nəzarətə alınan dördüncü yüksək rütbəli iyerarxıdır.
Hazırda məhkəməyəqədər həbsdə olanlar arxiyepiskop Baqrat Qalstanyan, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Ajapahyan və Araqatsotn yeparxiyasının primatı yepiskop Mkrtıç Proşyandır.