Rusiya prezidentinin köməkçisi Yuri Uşakov prezidentlər Vladimir Putinlə Donald Tramp arasında yaxın gələcəkdə görüşün keçirilə biləcəyini deyib.
Modern.az-ın məlumatına görə, prezidentin köməkçisi "Zvezda" televiziya kanalının iki lider arasında yaxın gələcəkdə görüşün mümkünlüyü ilə bağlı sualına cavab verib.
"Əlbəttə ki, bu, baş verə bilər", - o deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Moskvadakı bütün müzakirələr Ankoricdə əldə edilən əsas anlaşmalara əsaslanıb.