Modern.az

Paşinyan Berlinə gedir

Paşinyan Berlinə gedir

Dünya

5 Dekabr 2025, 17:04

Almaniya kansleri Fridrix Merz dekabrın 9-da Berlində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Modern.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hill jurnalistlərə bildirib.

"Çərşənbə axşamı, təxminən saat 16:00-da (Bakı vaxtı ilə 20:00) Almaniya kansleri Federal Kansleriyada Ermənistanın baş naziri Nikol Paşinyanı hərbi şərəflə qarşılayacaq. Sonrakı danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə olunacaq", - Hille bildirib.

Onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.

Xatırladaq ki, ötən gün Almaniya kansleri Fridrix Merz Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Söhbətdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə

Whatsapp
Bizə yazın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi