ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Birləşmiş Ərəb Əmirliklərində Milken İnstitutu tərəfindən keçirilən konfransda regional prosesləri dəyərləndirib.
Modern.az xəbər verir ki, o, çıxışında Türkiyənin Suriya rejiminin dəyişməsi istiqamətində mühüm rol oynadığını bildirib və Vaşinqtonun bu prosesdə yeni rəhbərliyi dəstəklədiyini vurğulayıb.
Barak xüsusilə enerji əməkdaşlığının gələcək üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək deyib: “Suriya ilə Türkiyə arasında formalaşan enerji koridoru, eləcə də Türkiyə–Azərbaycan enerji xətti qarşıdakı dövrdə inanılmaz dərəcədə faydalı olacaq”.
Onun sözlərinə görə, bölgədə enerji təhlükəsizliyi və qarşılıqlı asılılığın artması həm iqtisadi, həm də siyasi sabitliyə müsbət təsir göstərəcək.
Braak, həmçinin Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmasına toxunaraq, bunun region üçün yeni imkanlar yaratdığını vurğulayıb. O, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağına dair gözləntilərin yüksək olduğunu və bunun Cənubi Qafqazda sabitliyə töhfə verəcəyini bildirib.