Modern.az

Putinin həbs qərarı ləğv ediləcək?

Putinin həbs qərarı ləğv ediləcək?

Dünya

6 Dekabr 2025, 16:51

Sülh danışıqları zamanı razılıq əldə olunsa belə, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Vladimir Putin və digər yüksək vəzifəli rus rəsmiləri barəsində çıxarılmış həbs orderlərinin qüvvədə qalacağını bildirib.

Modern.az xəbər verir ki, bu barədə Reuters və Associated Press məlumat yayıb.

BCM nümayəndələrinin sözlərinə görə, məhkəmənin apardığı istintaq yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə müvəqqəti olaraq dayandırıla bilər.

BCM-in baş prokurorunun müavini Nacat Şamim Xan qeyd edib ki, istintaq davam edirsə, məhkəmə yalnız öz hüquqi çərçivəsinə uyğun şəkildə hərəkət edir və siyasi razılaşmalar orderlərin hüquqi qüvvəsinə təsir göstərmir.

Məhkəmə daha əvvəl Rusiya prezidenti Vladimir Putin, uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belova, keçmiş müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, Hərbi Hava Qüvvələrinin komandiri Sergey Kobılaş və Qara Dəniz Donanmasının komandiri Viktor Sokolov barəsində həbs orderi çıxarmışdı.

Qurum bu şəxsləri Ukraynadakı hərbi əməliyyatlarla bağlı beynəlxalq hüququn ciddi pozuntularında ittiham edir və onlara qarşı cinayət təqibi dünya ictimaiyyətinin diqqətində qalmaqda davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı