Modern.az

Rusiyada 1 faiz kişi “YOXA ÇIXIB”

Rusiyada 1 faiz kişi “YOXA ÇIXIB”

Dünya

6 Dekabr 2025, 17:32

Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri döyüşlərdə kişi əhalisinin 1 faizinə qədərini itirmiş ola bilər.

Modern.az xəbər verir ki, bu barədə "The Economist" öz təhlilində yazıb.

2020–2021-ci illərin son əhalinin siyahıyaalınmasına əsasən, Rusiyada 68 milyondan çox kişi yaşayırdı və bu rəqəm itkilərin 680 min nəfəri keçə biləcəyini göstərir.

Jurnalın hesablamalarına görə, ümumi itkilər, yəni öldürülən və yaralananların sayı 1 milyondan 1,35 milyonadək dəyişir. Bu rəqəm ABŞ-ın İkinci Dünya müharibəsində öldürülən və yaralanan əsgərlərinin sayından belə çoxdur.

"Institue for the Study of War" (ISW) mərkəzinin məlumatlarına əsasən, Rusiya ordusu 2025-ci ilin əvvəlindən bəri Ukraynada 4562 kvadrat kilometr ərazini ələ keçirib ki, bu da 2024-cü illə müqayisədə 22 faiz çoxdur. Həmin il Rusiya qüvvələri 3734 kvadrat kilometrə nəzarət əldə etmişdi.

Bununla belə, "The Economist" qeyd edir ki, Rusiya bəzi istiqamətlərdə, xüsusən Pokrovsko-Mırnohrad zonasındakı irəliləyişlər, Kupyansk və Zaporojye istiqamətində hücumların güclənməsi fonunda müəyyən uğurlara baxmayaraq, ümumi hücum tempini artırmağa nail ola bilmir. Son üç ildə Rusiya əlavə olaraq Ukrayna ərazisinin cəmi 1,45 faizini işğal edə bilib və həmin bölgələrdə təxminən müharibədən əvvəlki qədər əhali yaşayır.

Bundan başqa, bu müddət ərzində heç bir böyük şəhər Rusiya nəzarətinə keçməyib. Təxminən 1,5 ildir uğrunda şiddətli döyüşlərin getdiyi Pokrovsk belə Ukraynanın yalnız 73-cü ən böyük şəhəri idi və müharibədən əvvəl 61 min nəfər əhalisi var idi. Şəhər hələ də Rusiya ordusu tərəfindən tam nəzarətə götürülməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı