Modern.az

Ukrayna artıq boş vədlərə inanmır

Ukrayna artıq boş vədlərə inanmır

Dünya

6 Dekabr 2025, 20:00

Bu gün Budapeşt Memorandumunun imzalanmasından 31 il keçir. Bu sənəd sonradan “uğursuz təhlükəsizlik razılaşması” anlayışının sinoniminə çevrildi. Ukrayna isə artıq boş vədlərə etibar etmir.

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Keçmişdə belə acı təcrübəyə malik olduğumuz halda, Ukrayna yalnız ordusunun və silahlarının gücünə etibar edir”, — deyə o, paylaşımında qeyd edib.

Nazir vurğulayıb ki, Ukrayna bu gün “real, ədalətli və uzunmüddətli sülh” üçün etibarlı təhlükəsizlik təminatlarına ehtiyac duyur.

Qeyd edək ki, Budapeşt Memorandumu 1994-cü il dekabrın 5-də imzalanıb. Sənədə əsasən, Rusiya, Böyük Britaniya və ABŞ Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət etmək öhdəliyini üzərlərinə götürüb.

Bundan əlavə, sənədi imzalayan dövlətlər Ukraynanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiqi və ya güc tətbiq etməklə hədələməkdən çəkinməyi öhdəlik kimi qəbul ediblər.

Sənəddə ayrıca qeyd olunurdu ki, onların heç bir silahı Ukraynaya qarşı istifadə edilməməlidir; yalnız özünümüdafiə hallarında və ya BMT Nizamnaməsinə uyğun şəkildə istisnalar mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı