Modern.az

Amerika ilə razılığa gəlmişik - ZELENSKİ

Amerika ilə razılığa gəlmişik - ZELENSKİ

Dünya

6 Dekabr 2025, 22:40

Ukrayna Prezidenti Volodimir Zelenski bu günlərdə Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb. Hər iki tərəf müharibənin dayandırılmasını müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” səhifəsində məlumat verib.

 

Zelenski bildirib ki, telfon danışığında Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da iştirak edib.

 

“Biz bir çox aspektlərə diqqət yetirdik. Qan tökülməsinə son qoymaq, Rusiyanın üçüncü işğal təhlükəsini aradan qaldıra biləcək əsas məsələləri, o cümlədən Rusiyanın öz vədlərini yerinə yetirməməsini müzakirə etdik", - deyə Prezident bildirib.

 

Dövlət başçısı vurğulayıb ki, Ukrayna sülhə nail olmaq üçün ABŞ-la işləməyə davam edəcək:

 

“Biz Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəldik. Prezident Trampa danışıqlara bu cür intensiv yanaşma sərgilədiyinə görə təşəkkür edirik”, - Zelenski deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı