Modern.az

Hindistanda gecə klubunda yanğın - ÖLƏNLƏR VAR

Hindistanda gecə klubunda yanğın - ÖLƏNLƏR VAR

Dünya

7 Dekabr 2025, 09:24

Hindistanın Qoa ştatında gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 25-ə yüksəlib, onların arasında azı dörd turist var.

 

Modern.az "Times of India" qəzetinə istinadən xəbər verir ki, bunu polis rəisi Alok Kumar açıqlayıb.

 

"Dörd turistin və klubun 14 əməkdaşının həlak olduğu təsdiqlənib. Daha yeddi nəfərin şəxsiyyəti müəyyənləşdirilir", – deyə Kumarın sözlərini nəşr yayıb. Ən azı 50 nəfər xəsarət alıb.

 

Hadisə dekabrın 7-nə keçən gecə Şimali Qoa bölgəsinin Arpora kəndində yerləşən "Birch by Romeo Lane" adlı gecə klubunda baş verib.

 

Hazırda araşdırma aparılır. İlkin məlumatlara görə, yanğının səbəbi müəssisənin mətbəxində qaz balonunun partlaması olub.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı