Modern.az

Avropa Rusiya ilə müharibəyə hazırlaşır - Orban

Avropa Rusiya ilə müharibəyə hazırlaşır - Orban

Dünya

7 Dekabr 2025, 11:03

Avropa Rusiya ilə silahlı münaqişəyə hazırlaşır və hərbi iqtisadiyyat qurur.

 

Modern.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bəyan edib.

 

"Avropa İttifaqının rəsmi mövqeyi bundan ibarətdir ki, 2030-cu ilə qədər Aİ müharibəyə hazır olmalıdır. Onlar hərbi iqtisadiyyat qururlar", - Orban deyib.

 

Onun sözlərinə görə, Aİ ölkələri avtomobil istehsalını silah və zirehli texnika buraxılmasına yönəldirlər:

 

"Hərbi ekspansiyanın dörd mərhələsi var. Birinci – diplomatik münasibətlərin kəsilməsi. Bu artıq baş verib. İkinci – iqtisadi sanksiyaların tətbiqi və əməkdaşlığın dayandırılması. Bunu da keçmişik. Üçüncü – çağırışın tətbiqi və hərbi iqtisadiyyata keçid. Hazırda biz də, Brüssel də bu mərhələdədir. Dördüncü mərhələ isə artıq toqquşma mərhələsidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı