Modern.az

Ukrayna ordusu bu ərazini azad etdi

Ukrayna ordusu bu ərazini azad etdi

Dünya

7 Dekabr 2025, 13:26

Ukrayna Silahlı Qüvvələrinin 67-ci xüsusi mexanizasiya briqadası Dnepropetrovsk bölgəsindəki Tixoye kəndini azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə briqadanın Facebook səhifəsində məlumat yayılıb.

 

Rus hərbi qüvvələri, 21 noyabrda Tixoye kəndini ələ keçirdiklərini açıqlamışdılar. Ancaq Ukrayna ordusu 6 dekabr 2025-ci il tarixində bu kəndin 67-ci briqadanın nəzarətində olduğunu bəyan edib.

 

Briqada nümayəndələri qeyd ediblər ki, kəndin azad edilməsi Ukraynanın hərbi əməliyyatlarında mühüm addımdır və bu, ölkənin cənub-şərqindəki strateji mövqelərin gücləndirilməsinə kömək edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır