Modern.az

Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb - YENİLƏNİB

Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb - YENİLƏNİB

Dünya

7 Dekabr 2025, 15:48

Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə “24 Heures au Benin” məlumat yayıb.

 

Qeyd edilib ki, çevrilişə cəhd edən bir qrup hərbçi həbs edilib.

 

***

14:13

 

Benin hərbçiləri ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə "La Nouvell Tribune" portalı Benin Dövlət Yayım Korporasiyası olan SRTB-nin efirində səsləndirilən bəyanata istinadən yazıb.

 

Bəyanata görə, hərbçilər dövlət qurumlarının buraxıldığını və Patris Talonun prezident vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər.

 

Qeyd olunur ki, keçid dövründə ölkəyə nəzarət polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi Hərbi Bərpa Komitəsinə veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı