“Europoll” şirkəti 1–5 noyabr 2025 tarixlərində Türkiyənin beynəlxalq müttəfiqləri barədə əhali arasında sorğu keçirib.
Respondentlərə 20 ölkənin adı tək-tək oxunub və “Bu ölkəni Türkiyənin dostu olaraq görürsünüzmü?” sualı ünvanlanıb.
Modern.az xəbər verir ki, sorğunun nəticələri Türkiyə cəmiyyətinin ən çox etibar etdiyi ölkənin məhz Azərbaycan olduğunu bir daha təsdiqləyib.
Sorğuda iştirak edənlərin 94,2%-i Azərbaycanı Türkiyənin ən yaxın dostu kimi qiymətləndirib.
3160 respondent arasında keçirilən sorğuda Azərbaycanı üç ölkə izləyir:
Cənubi Koreya – 90,0%
Yaponiya – 89,4%
İtaliya – 70,7%
Bu ölkələr uzun illərdir Türkiyə cəmiyyətində müsbət imic qazanmış dövlətlər kimi tanınır.
Daha sonra siyahıda yer alan ölkələr:
Rusiya – 62,1%
Çin – 57,4%
Ukrayna – 55,2%
Almaniya – 51,9%
İran – 47,3%
Niderland – 35,8%
Hindistan – 35,5%
Misir – 23,1%
Suriya – 21,6%
Yunanıstan – 19,8%
Səudiyyə Ərəbistanı – 19,6%
ABŞ – 17,2%
Böyük Britaniya – 11,4%
Fransa – 9,6%
İsrail – 8,2%
Ermənistan – 3,3%
Araşdırma 26 bölgədə, ümumilikdə 3160 nəfərlə telefon müsahibəsi (CATI) üsulu ilə aparılıb.