Modern.az

Cavad Zərifdən İsrailə xəbərdarlıq: “Ən yaxşısı bir daha İrana hücum etməsin!”

Cavad Zərifdən İsrailə xəbərdarlıq: “Ən yaxşısı bir daha İrana hücum etməsin!”

Dünya

8 Dekabr 2025, 09:26

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif 12 günlük İran-İsrail müharibəsini qiymətləndirib.

Modern.az xəbər verir ki, Zərif Anadolu Agentliyinə İranın münaqişə axtarmadığını, lakin hücuma məruz qaldıqda cavab vermək məcburiyyətində olduğunu bildirərək deyib: "İran İsraillə heç bir münaqişə axtarmır".

İsrailin İranla son münaqişəsinin "səhv hesablamalardan" qaynaqlandığını iddia edən Zərif, İsrailin İranın dözümlülüyünü qiymətləndirmədiyini deyib: "Sionistlər bu təcavüzə səhv hesablamalarla başladılar və nəticədə İran xalqının müqavimətinin onların məqsədlərinə çatmasına mane olacağını anladılar. Müharibəni bitirən İran xalqının güclü mövqeyi oldu".

Zərif bildirib ki, İran yeni bir hücum halında "qanuni müdafiə hüququnu aktivləşdirəcək": "Tel-Əviv rejimi üçün ən yaxşı seçim İsrailin İrana bir daha hücum etməməsi olardı".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi