Modern.az

Putin daha çox şey istəyir

Putin daha çox şey istəyir

Dünya

8 Dekabr 2025, 22:10

ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin dayandırılması üçün Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ərazilərinin bir hissəsinin Moskvaya verilməsini nəzərdə tutan plan təklif edib.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri yazıb.

Məlumata görə, Putin bu təklifdən imtina edərək bildirib ki, Rusiya “daha geniş nəticələrə” hərbi əməliyyatları davam etdirməklə nail ola bilər.

Nəşr yazır ki, Vaşinqtonun son danışıqlardakı uğursuzluğu Trampın Ukrayna məsələsində birtərəfli yanaşmasını bir daha üzə çıxarıb. Məlumata görə, Tramp prosesə Rusiyanın maraqlarını nəzərə almaqla başlayıb, Ukraynanın mövqeyini isə zəiflədib, o, Prezident Zelenskini tənqid edib və Kiyevə silah təchizatını dayandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır