Türkiyə futbolunda mərc ittihamları ilə bağlı aparılan istintaq çərçivəsində məsuliyyətə cəlb edilən 20 nəfər həbs edilib.
Modern.az xəbər verir ki, məhkəmə aralarında hakim Zorbay Küçük, futbolçular Salih Malkoçoğlu və Tolqa Kalenderin də olduğu 19 şübhəlini sərbəst buraxıb.
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada bir sıra futbol hakimləri, oyunçular və klub rəsmilərinin də mərc fəaliyyətlərinə qarışdığı iddia olunur.
Türkiyə mətbuatının məlumatına görə, istintaq zamanı aşağıdakı şəxslər həbs olunub:
Emrah Çelik
Yunus Emre Tekoğul
Metehan Baltacı
İzzet Furkan Malak
Bartu Kaya
Murat Sancak
Orkun Özdemir
Kadir Kaan Yurdakul
Faruk Can Genç
Alassane Ndao
Mert Hakan Yandaş
Ersen Dikmen
Kerem Yusuf Sirkeci
Emircan Çiçək
Ahmet Okatan
Gürhan Sünmez
Mehmet Emin Katipoğlu
Volkan Erten
Şahin Kaya
Ümit Kaya
İstanbul Baş Prokurorluğu idman şərhçisi Ahmet Çakar haqqında çıxarılan gözaltı qərarının səhhətindəki problemlər səbəbilə ləğv edildiyini açıqlayıb. O, hazırda müalicəsini davam etdirir və zəruri olduqda məhkəməyə gətiriləcək.