Modern.az

Paşinyan bu gün Almaniyaya gedir

Paşinyan bu gün Almaniyaya gedir

Dünya

9 Dekabr 2025, 09:30

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 9-10 dekabr tarixlərində Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan özünün Facebook səhifəsində yazıb.

Dekabrın 9-da Baş nazir Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və federal kansler Fridrix Merts ilə görüşlər keçirəcək.

Dekabrın 10-da Paşinyan Hamburqa gedəcək və orada şəhər meri Peter Henşerlə görüşəcək. Baş nazir həmçinin Hamburq Ticarət Palatasında yerli sahibkarlarla görüşəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək