Modern.az

Putin ehtiyatda olan hərbçilərləri təlimə çağırdı - Sənəddə məxfilik var

Putin ehtiyatda olan hərbçilərləri təlimə çağırdı - Sənəddə məxfilik var

Dünya

9 Dekabr 2025, 09:58

Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarını 2026-cı ildə hərbi təlimə çağıran fərman imzalayıb.

Modern.az xəbər verir ki, fəmana görə, Rusiyada ehtiyatda olan hərbçilər illik təlim düşərgəsinə göndəriləcək, hökumətə və regional hakimiyyət orqanlarına bunun təşkili tapşırılıb.

Dərhal qüvvəyə minən fərmanda "yalnız rəsmi istifadə üçün" işarəsi olan iki məxfi bənd var. Bu bəndlərdə təlim düşərgəsinə göndəriləcək vətəndaşların sayının və təlimin vaxtının göstərildiyi ehtimal olunur.

Qışda hərbi təlim Rusiyada nadir təcrübədir. Keçən il Putin onun yanvar ayında keçirilməsini tələb edən  fərman imzalayıb - 20 ildən sonra ilk dəfə.

2024-cü ildə oxşar fərman 1 martda, 2023-cü ildə - 10 mayda, 2022 və 2021-ci illərdə - 26 apreldə, 2020-ci ildə - 29 iyunda imzalanmışdı.

Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev əvvəllər bildirib ki, bütün rus gəncləri NATO ilə genişmiqyaslı müharibəyə hazırlaşmaq üçün altı aylıq hərbi təlim düşərgələrinə göndərilməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək