Modern.az

Milyarder Baş naziri təyin edildi

Milyarder Baş naziri təyin edildi

Dünya

9 Dekabr 2025, 13:42

Çex Respublikasında yeni Baş nazir təyin olunub.

Modern.az xəbər verir ki, Çex Respublikasının Prezidenti Petr Pavel ANO ("Narazı vətəndaşların aksiyası") partiyasının lideri, milyarder Andrey Babişi Baş nazir təyin edib.

Prezident administrasiyasının mətbuat xidmətinin məlumatına görə, yaxın günlərdə P.Pavel baş nazirin formalaşdırdığı Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyəcək.

Baş nazir hökuməti ANO, eləcə də SPD ("Azadlıq və birbaşa demokratiya") və Motorist ("Avtomobilçilər") siyasi hərəkatlarının nümayəndələrindən formalaşdırır. Bu siyasi qüvvələr parlamentdə 200 deputat yerindən 108-nə malikdir.

71 yaşlı Babiş milyarder, siyasətçi və həmçinin 2011-ci ildən ANO hərəkatının lideridir. Forbes onun sərvətini 4,3 milyard dollar qiymətləndirir. O, uzun illərdir kənd təsərrüfatından bərpa olunan enerji mənbələrinə və kütləvi informasiya vasitələrinə qədər müxtəlif sahələrdə 210-dan çox şirkəti idarə edən Agrofert holdinqinin ortağıdır. Siyasətçi əvvəllər Baş nazir vəzifəsi naminə Agrofert-i kənar idarəetməyə verməyi qərara aldığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək