Modern.az

Trampdan Ukrayna barədə sərt, Türkiyə barədə xoş sözlər

Trampdan Ukrayna barədə sərt, Türkiyə barədə xoş sözlər

Dünya

9 Dekabr 2025, 15:54

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Ukrayna ilə bağlı bəyanatları ilə gündəm yaradıb.

Modern.az-ın məlumatına görə, o bildirib ki, Rusiya ilə müqayisədə Ukraynanın danışıqlardakı mövqeləri “daha zəifdir” və Avropa bu müharibə ilə bağlı “öz öhdəsinə düşəni yerinə yetirmir”.

Tramp ukraynalı həmkarı Volodimir Zelenskini ölkədə prezident seçkiləri keçirməyə çağırıb: “Ukrayna demokratiyadan danışır, amma elə bir vəziyyət yaranıb ki, bu artıq demokratiya deyil. Ukraynalıların seçimi olmalıdır.”

Onun sözlərinə görə, Kiyev rəhbərliyi sülh üzrə təqdim edilən təklifləri diqqətlə nəzərdən keçirməlidir.

Ağ Evin sahibi, həmçinin iddia edib ki, Ukrayna müharibə zamanı “çoxlu ərazi itirib” və bu münaqişənin əvvəlki kimi Üçüncü Dünya müharibəsinə gətirib çıxarma ehtimalı yoxdur. Tramp əlavə edib ki, Ukraynanın NATO-ya qəbulunun baş tutmayacağı ilə bağlı anlayış “çoxdan mövcuddur” və Zelenski “təkliflərə razılaşmağa başlamalıdır”.

ABŞ prezidenti NATO ilə bağlı da diqqətçəkən fikirlər səsləndirib. O deyib ki, alyansın bəzi üzvləri Türkiyə ilə fikir ayrılığı yarananda ondan yardım istəyirlər: “Türkiyə NATO üçün çətin tərəfdaşdır. Ərdoğan mənim dostumdur. Onların Ərdoğanla problemi olanda məndən xahiş edirlər ki, ona zəng edim, çünki onunla danışmaq asan deyil.”

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı