Modern.az

Türkiyə ordusu Suriyaya daxil olub? - AÇIQLAMA

Türkiyə ordusu Suriyaya daxil olub? - AÇIQLAMA

Dünya

9 Dekabr 2025, 19:25

Türkiyə ordusuna məxsus hərbi karvanın Suriyaya daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərin həqiqi olduğunu təsdiqlənib.

Modern.az-ın məlumatına görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib ki, görüntülərdə qeyri-adi heç nə yoxdur və bu hərəkətlilik Türkiyə ilə Suriya hökumətləri arasında mövcud razılaşmanın bir hissəsidir.

“Həmin bölgədə uzun müddət xidmət edən birliklərimiz yeni birliklərlə əvəzlənir. Burada hər hansı fövqəladə bir vəziyyəti göstərmir. Türkiyə Silahlı Qüvvələri iki ölkə arasında mövcud olan razılaşma çərçivəsində öz mövqeyini qorumağa davam edir. Hazırda həyata keçirilən fəaliyyətlər uzun müddət xidmət edən birliklərin yerinə yenilərinin göndərilməsidir, yəni növbə dəyişikliyidir”, - Ömer Çelik qeyd edib.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, Türkiyə ordusu üç istiqamətdən Suriyaya daxil olub. Türkiyə hərbçiləri Afrin, Rasulayn və Hələbin şimalından irəliləyib.

Qeyd olunur ki, hərbçilər xüsusilə Münbiç xəttinə doğru irəliləyirlər.

Yerli KİV-lər yazır ki, Dəməşq hökuməti kürd qüvvələrinin nəzarətində olan Deyz-əz-Zora artilleriya və PUA (pilotsuz uçuş aparatı) ilə dəstəklənən əlavə qüvvələr göndərib.

Türkiyə konvoylarında zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı