Modern.az

Rusiyaya zəng etmək qadağan oluna bilər

Rusiyaya zəng etmək qadağan oluna bilər

Dünya

10 Dekabr 2025, 00:30

Rusiyada telefon və internet fırıldaqçılığına qarşı görülən tədbirlər çərçivəsində “qeyri-dost ölkələrdən” daxil olan telefon zənglərinin qadağan edilməsi müzakirə olunur.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin İnsan Haqları Şurasının (SPÇ) üzvləri ilə görüşündə məlumat verib.

Putinin sözlərinə görə, bu təklif Şura tərəfindən irəli sürülüb.

Prezident bildirib ki, söhbət yalnız fırıldaqçılıq məqsədilə həyata keçirilən zənglərin bloklanmasından gedir, həmçinin dövlət qurumları, banklar və mobil operatorların vətəndaşlarla ünsiyyətində daha dəqiq qaydalar müəyyənləşdirilir.

“Bu çərçivədə qeyri-dost dövlətlərin ərazisindən həyata keçirilən, cinayət məqsədi daşıyan zənglərin bloklanması, zənglərin markalanması və dövlət orqanları ilə rabitə sahəsində çalışanların müştərilərlə davranışına dair əlavə tələblər nəzərdə tutulur. Hökumət bütün bu təklifləri nəzərə alır və tətbiq edir”, — deyə Putin bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı