Modern.az

Paşinyan Türkiyənin qərarını gözləyir

Paşinyan Türkiyənin qərarını gözləyir

Dünya

10 Dekabr 2025, 07:50

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə son aylarda intensivləşən təmasların iki ölkə arasında normallaşma prosesinə ciddi təkan verdiyini bildirib.

Modern.az xəbər verir ki, bu fikirləri Berlində Almaniyanın Xarici Siyasət Şurasında keçirilən “Sülhün institusionallaşdırılması, regional əlaqəlilik və Ermənistanın Avropa İttifaqına inteqrasiyası” mövzusundakı panel müzakirəsində səsləndirib.

Paşinyanın sözlərinə görə, Ermənistan–Türkiyə təmasları əvvəlki dövrlərlə müqayisədə xeyli aktivləşib və proses artıq müxtəlif səviyyələrdə davam edir: “Ötən görüşümüzdən bəri həm Baş nazir və Prezident Ərdoğan arasında, həm xarici işlər nazirləri, həm də xüsusi nümayəndələr və sahə üzrə nazirliklər arasında təmaslar artıb”.

O, diplomatik münasibətlərin hələ də qurulmamasına baxmayaraq, Ankara ilə praktiki müstəvidə “çox aktiv danışıqların” aparıldığını vurğulayıb.

Ermənistan rəhbəri Türkiyədən siyasi qərar gözlədiyini də açıqlayıb: “Ümid edirəm ki, Ankara uzun müddətdir gözlənilən addımı atacaq, sərhədlər açılacaq və diplomatik münasibətlər bərpa olunacaq”.

Paşinyan, həmçinin qeyd edib ki, Ermənistan–Türkiyə münasibətlərinin normallaşması, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması, TRIPP layihəsi, Gürcüstan və İranla yaxşı qonşuluq siyasəti, eləcə də Rusiya ilə konstruktiv dialoq Cənubi Qafqazı Şimal–Cənub və Şərq–Qərb marşrutları ilə yanaşı ən cəlbedici tranzit məkanlardan birinə çevirə bilər.

“Bu tarixi imkandan maksimum yararlanmağa çalışırıq”, – deyə Paşinyan çıxışını tamamlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı