Modern.az

Zəngəzur dəhlizi üçün şirkət yaradılır - AD AÇIQLANDI

Zəngəzur dəhlizi üçün şirkət yaradılır - AD AÇIQLANDI

Dünya

10 Dekabr 2025, 08:06

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsini həyata keçirmək məqsədilə “TRIPP Company” Ermənistan-ABŞ birgə müəssisəsinin qeydiyyatdan keçiriləcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Paşinyan bu barədə Almaniya Xarici Əlaqələr Şurasında çıxış edərkən danışıb.

 

"Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyata alınacaq. Dəmir yolları, yollar, neft və qaz boru kəmərləri və fiber-optik kabellər üçün lazımi infrastrukturu inkişaf etdirmək səlahiyyəti veriləcək. Gələn il praktiki həyata keçirmə və tikinti mərhələsinə keçəcəyik", - o deyib.

 

Paşinyan bildirib ki, “Tramp Marşrutu” layihəsi, eləcə də Ermənistanla Türkiyə arasında nəqliyyat əlaqələri Orta Dəhlizin vacib komponentinə çevrilə və Avropa, Cənubi Qafqaz və Orta Asiya arasında fasiləsiz əlaqəni təmin edə bilər.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı