Modern.az

Daha bir təyyarə qəzası - Bütün ekipaj öldü

Daha bir təyyarə qəzası - Bütün ekipaj öldü

Dünya

10 Dekabr 2025, 08:10

Sudan Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi yük təyyarəsi çərşənbə axşamı eniş edərkən qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Agentliyin mənbələrinə görə, bütün ekipaj üzvləri həlak olub.

Hadisə Qırmızı dəniz sahilində, Port Sudan şəhəri yaxınlığındakı Osman Diqna aviabazasının yaxınlığında baş verib. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarə şəhərdən təxminən 10 kilometr aralıda qəzaya uğrayıb, dağıntılar kəndə səpələnib.

Təyyarə ərzaq yardımı missiyasında olub. Ölənlərin rəsmi sayı açıqlanmayıb, xilasetmə qrupları qəza yerində işlərini davam etdirir. Sudan Hərbi Hava Qüvvələri hələlik rəsmi açıqlama verməyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı