Modern.az

“Ərdoğan sərt insandır, amma onu çox sevirəm” - Tramp

“Ərdoğan sərt insandır, amma onu çox sevirəm” - Tramp

Dünya

10 Dekabr 2025, 09:13

“NATO üçün çətinliklər yaradan ölkələr var. Düşünürəm ki, onların mövcud olması yaxşıdır. Türkiyə buna nümunədir. Ərdoğan mənim dostumdur”.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Politico”ya müsahibəsində deyib.

"Ərdoğanla problem yaşayanda məndən onlara zəng vurmağı xahiş edirlər, çünki onunla danışa bilmirlər. O, sərt bir insandır. Mən onu həqiqətən çox sevirəm. Düşünürəm ki, o, güclü bir ölkə, güclü bir ordu qurub. Amma onunla ünsiyyət qurmaqda çətinlik çəkirlər və məndən ona zəng etməyimi xahiş edirlər. Mən də ona zəng edirəm və biz həmişə birlikdə məsələləri həll edirik", - deyən ABŞ prezidenti qeyd edib ki, Ərdoğanla məsələləri "düzgün" və "çox tez" həll etdiyini vurğulayıb.

"O, bir sıra digər liderlərdən çox fərqlidir, amma onlar onunla ünsiyyətdə çətinlik çəkirlər. Amma, bilirsiniz, onlar həqiqətən də onunla çətinlik çəkməməlidirlər", - deyə ABŞ prezidenti bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı