İran və Rusiyanın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndələrinin görüşü keçirilib.
Modern.az xəbər verir ki, görüş İran Xarici İşlər Nazirliyində baş tutub. Görüşdə xarici işlər nazirinin müavini və İranın Xəzər dənizi üzrə xüsusi nümayəndəsi Kazım Qəribabadi və Rusiyanın Xəzər dənizi üzrə xüsusi nümayəndəsi Nikolay Odoviçenko iştirak edib.
Görüş zamanı tərəflər Xəzər dənizi ilə bağlı son hadisələr barədə fikir mübadiləsi aparıblar. Bu kontekstdə, 2026-cı ilin iyul ayında Tehranda keçiriləcək Xəzəryanı dövlətlərin yeddinci zirvə toplantısı üçün zəruri koordinasiya, Xəzər dənizinin suyun səviyyəsinin aşağı düşməsi də daxil olmaqla ekoloji məsələlər və Xəzər bölgəsində iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi üçün həll yolları müzakirə edilib.
Bu görüş Xəzəryanı dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin və əməkdaşlığın gücləndirilməsi çərçivəsində keçirilib.