Rəsmi Kiyev Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ-ın sülh planının son variantına cavabını - "yenilənmiş sülh planı" layihəsini ABŞ prezident administrasiyasına təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə RBC-Ukraynaya Kivyevdəki mənbə bildirib.
“Axios”un məlumatında da bildirlib ki, Ukrayna Avropa müttəfiqləri ilə məsləhətləşdikdən sonra Tramp administrasiyasına ətraflı cavab verib. Ukraynanın baş danışıqçısı Rüstəm Umerov cavabı ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerə göndərib.
Ukrayna rəsmisinin sözlərinə görə, cavabda "hər şeyi mümkün etmək" üçün şərhlər və təklif olunan düzəlişlər var. O qeyd edib ki, Ukraynanın cavabında ərazi məsələlərinin həlli və Rusiya tərəfindən ələ keçirilən Zaporojye Atom Elektrik Stansiyasının statusu ilə bağlı yeni fikirlər var.
ABŞ və Ukraynanın yüksək vəzifəli hərbi rəsmilərinin ABŞ sülh planının konkret detallarını müzakirə etmək üçün 11 dekabrda onlayn görüşməsi gözlənilir.