İran Prezidenti Məsud Pezeşkian Qazaxıstana rəsmi səfər edib.
Modern.az Qazaxıstan Prezidentinin mətbuat xidmətində istinadən xəbər verir ki, Məsud Pezeşkian Astanada Prezident Kasım-Jomart Tokayevlə görüşüb.
Görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış edən Kasım-Jomart Tokayev beynəlxalq aləmdə yüksək nüfuza malik İranın Qazaxıstanın Yaxın Şərqdə etibarlı tərəfdaşı olduğunu vurğulayıb.
O, Məsud Pezeşkianın səfərinin ikitərəfli əməkdaşlığın yeni səviyyəyə qaldırılmasına güclü təkan verəcəyinə əminliyini ifadə edib.
Qazaxıstan liderinin sözlərinə görə, nəqliyyat-logistika sahəsində əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətli potensial var.
Pezeşkian İranın Mərkəzi Asiya regionu ilə mehriban qonşuluq münasibətlərinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
“Qazaxıstan bölgədəki vacib tərəfdaşımız və Xəzər dənizi ilə həmsərhəd olduğumuz qonşudur. Prezident Kasım-Jomart Tokayevlə aktual məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Biz bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı, istehsal, mədənçilik, nəqliyyat və logistika, elm, mədəniyyət, yeni texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdik. Düşünürəm ki, danışıqların nəticələrini yaxın gələcəkdə görəcəyik. Beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür”, – Məsud Pezeşkian deyib.