Mümkün ərazi həlli məsələsi Ukrayna xalqı tərəfindən – seçkilər və ya referendum yolu ilə müəyyən edilməlidir.
Modern.az xəbər verir ki, bunu Prezident Volodimir Zelenski dekabrın 11-də jurnalistlərə açıqlamasında deyib.
Zelenski bildirib ki, Amerika tərəfi Donbasın bir hissəsində qondarma “azad iqtisadi” zona və ya rusların dediyi kimi, “demilitarizasiya” zonasının yaradılmasını təklif edir. Bu plana görə, Ukrayna qoşunları ərazinin bu hissəsində, rus qoşunları isə onun kənarında qalacaq.
Eyni zamanda, Zelenski bildirib ki, bir çox suallar açıq qalır. Daha doğrusu, bu zonaya kimin nəzarət edəcəyi, monitorinq mexanizminin necə olacağı, rus qoşunlarının hansı məsafəyə çəkilib-çəkilməyəcəyi və Rusiya qüvvələrinin “mülki” qüvvələr adı altında mümkün sızmasının qarşısının necə alınacağı məsələləri sual doğurur.