Qarabağ separatçılarının İrəvandakı "nümayəndəliyi" ilin sonuna qədər bağlana və müsadirə edilə bilər.
Modern.az "Joğovud" qəzetinə istinadən xəbər verir ki, separatçılar da ofisin bağlanması ehtimalını, eləcə də mümkün həbsləri istisna etmirlər. Onlar əmindirlər ki, təhlükəsizlik qüvvələrinin əsas hədəfi qondarma rejimin sonuncu rəhbəri olmuş Samvel Şahramanyandır.
Ermənistan İstintaq Komitəsi yayılan xəbərləri şərh etməyib.