Modern.az

Avropa, oyan!

Avropa, oyan!

Dünya

12 Dekabr 2025, 17:12

Avropa ölkələri kollektiv təhlükəsizlik məsələsində daha fəal olmalı və ABŞ-a həddindən artıq güvənməkdən imtina etməlidir.

Modern.az xəbər verir ki, bu fikri İsveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mikael Klaesson "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinə müsahibəsində səsləndirib.

Klaesson bildirib ki, uzun illər İsveç və Almaniya da daxil olmaqla bir çox Avropa ölkələri ABŞ-ın hərbi gücünün Avropanın təhlükəsizliyini təmin etdiyini düşünüb.

Onun sözlərinə görə, məhz bu yanaşma problemlərin əsas səbəblərindən biridir. İsveçli general vurğulayıb ki, məsələ Amerikanın siyasətinin dəyişməsi yox, Avropanın öz zəifliklərinə həddindən artıq köklənməsi və “özünə yazığı gəlməsi”dir.

Klaesson qeyd edib ki, Avropa İttifaqına üzv ölkələr birgə şəkildə daha güclü olmağa çalışmalıdır. O, Avropanı oyanmağa çağırıb. Baş qərargah rəisinin fikrincə, Avropa həm müstəqil təhlükəsizlik imkanlarını gücləndirməli, həm də ABŞ-ın etibarlı müttəfiqi kimi çıxış etməlidir.

Müsahibə zamanı Rusiyanın Baltikyanı ölkələrdə Avropanı “sınağa çəkmə” ehtimalına da toxunan Klaesson bunun real ssenari olduğunu deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Avropanı nə qədər zəif görsə, risk bir o qədər artır və Moskva daha sərt addımlar ata bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?