Jurnalistlər Ukrayna ilə müharibədə öldürülən 155 mindən çox rus hərbçinin kimliyini müəyyən ediblər.
Modern.az xəbər verir ki, Rusiyanın Ukrayna işğalını başlamasından bəri açıq mənbələlərdəki məlumatları toplayan Mediazona və BBC-nin Rusiya Xidmətinin jurnalistlərinə görə, müharibədə 155 368 rus hərbçi həlak olub.
Müəyyən edilmiş ölənlərin üçdə biri könüllülər olub. Jurnalistlər qeyd edirlər ki, cəmi bir il əvvəl bu kateqoriya ölümlərin yalnız 15%-ni təşkil edirdi.
Jurnalistlər qeyd edirlər ki, Rusiya tərəfində həlak olanların faktiki sayı açıq mənbələrdən müəyyən edilə biləndən daha çoxdur. Onların hesablamalarına görə, Rusiya silahlı qüvvələrinin ümumi itkiləri 239.000 ilə 345.260 arasında dəyişə bilər.