Suriyanın Homs əyalətinin mərkəzi hissəsində yerləşən Palmira şəhəri yaxınlığında iki ABŞ əsgəri və bir amerikalı mülki tərcüməçi öldürülüb.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, ABŞ hərbçiləri bölgədə İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara dəstək verirdilər.
Pentaqonun sözçüsü hadisə ilə bağlı əlavə detallar açıqlamayıb, lakin istintaqın aparıldığını bildirib.
ABŞ-ın müdafiə naziri Pit Heqset də X platformasında paylaşım edərək qeyd edib: “Bu hücumu həyata keçirən şəxs tərəfdaş qüvvələr tərəfindən zərərsizləşdirilib”. Pentaqon rəhbəri əlavə edib ki, dünyanın istənilən yerində amerikalılara hücum edənlər bilməlidirlər: “ABŞ sizi təqib edəcək, tapacaq və amansızcasına məhv edəcək”.