Modern.az

Tramp iki ölkəni HƏDƏLƏDİ

Tramp iki ölkəni HƏDƏLƏDİ

Dünya

14 Dekabr 2025, 09:40

ABŞ prezidenti Donald Tramp Tailand və Kamboca hakimiyyətini iki ölkə arasında hərbi əməliyyatların dayanmayacağı təqdirdə məhsullarına yeni gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.

 

Modern.az xəbər verir ki, Amerika lideri bu barədə "The Wall Street Journal"a müsahibəsində bildirib.

 

"Mən indicə, 10 dəqiqə əvvəl, Tailand və Kamboca arasında yeni eskalasiyanı həll etmək üçün tariflərdən istifadə etdim. Mən dedim: "Əgər döyüşsəniz, nəinki ticarət razılaşmamızı ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəm", - Tramp izah edib.

 

ABŞ prezidenti əmin olduğunu bildirib ki, tariflərin tətbiqi imkanları onun administrasiyası üçün mühüm xarici siyasət alətidir. Tramp vurğulayıb ki, əgər ABŞ Ali Məhkəməsi onun tətbiq etdiyi bəzi tarifləri qanunsuz hesab edərsə, Amerika tərəfi üçün "dəhşətli" olacaq.

 

Bununla belə, Amerika lideri əmin edib ki, hətta bu halda o, növbəti tariflərə hüquqi əsas tapacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?