Modern.az

İsrail HƏMAS liderini öldürdü - GÖRÜNTÜ

İsrail HƏMAS liderini öldürdü - GÖRÜNTÜ

Dünya

14 Dekabr 2025, 11:54

İsrail Müdafiə Ordusu HƏMAS-ın ikinci ən nüfuzlu liderləri hesab olunan Raed Saadın Qəzza şəhərində keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirildiyini rəsmi şəkildə təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şənbə günü gündüz saatlarında Raed Saad mühafizəçiləri ilə birlikdə hərəkətdə olarkən “Şkoda” markalı avtomobili hədəfə alınıb.

Zərbə qüvvədə olan atəşkəs rejimi fonunda endirilib və bu addım faktiki olaraq atəşkəsin açıq şəkildə pozulması kimi qiymətləndirilir.

Əməliyyatın İsrailin baş naziri Benyamin Netanyahunun birbaşa icazəsi ilə, ölkənin ali hərbi rəhbərliyinin tövsiyəsi əsasında həyata keçirildiyi bildirilir. Qərarın ABŞ Prezidenti Donald Trampın mövqeyi ilə ziddiyyət təşkil etdiyi vurğulanır. Belə ki, Tramp son telefon danışığında Netanyahudan Qəzza üzrə diplomatik təşəbbüslərə və öz planına şans verilməsini istəmişdi.

İsrail tərəfinin məlumatına görə, Raed Saad 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilmiş hücumun əsas planlaşdırıcılarından biri olub. O, HƏMAS-ın hərbi akademiyasının qurucusu sayılır, şəhər müharibəsi və reyd əməliyyatları üzrə döyüş doktrinalarının hazırlanmasında iştirak edib. Onun zərərsizləşdirilməsi İsrail üçün həm simvolik, həm də strateji əhəmiyyət daşıyır və Netanyahunun seçki ilində sərt xətt yürüdən lider imicini gücləndirir.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?