Modern.az

Avstraliyada yəhudilərə hücum - Ölənlərin sayı 12 nəfər çatdı

Avstraliyada yəhudilərə hücum - Ölənlərin sayı 12 nəfər çatdı

Dünya

14 Dekabr 2025, 15:47

Avstraliyanın Sidney şəhərindəki (Yeni Cənubi Uels ştatı) Bondi çimərliyində baş verən atışmada həlak olanların sayı 12 nəfərə yüksəlib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, atışma terror aktı kimi təsnif edilib.

 

"Bir polis nəfəri və atıcılardan biri də daxil olmaqla, azı 12 nəfər həlak olub. Digər hücumçu yaralanıb və ağır vəziyyətdə nəzarət altındadır. Şəhər xəstəxanalarına ən azı 25 nəfər aparılıb. Yaralılar arasında iki polis də var", - deyə açıqlamada bildirilir.

 

Atəş açanlardan birinin şəxsiyyəti də müəyyən olunub – onun Navid Əkrəm olduğu bildirilib.

 

KİV-in məlumatına görə, ştat polisi hadisə yerində şübhəli əşya aşkarlayıb, bunun kustar üsulla hazırlanmış partlayıcı qurğu olduğu ehtimal edilir və onun zərərsizləşdirilməsi üzərində iş aparılır.

 

Qeyd edək ki, bayram tədbirinə təxminən yəhudi icmasının 2 min nəfər nümayəndəsi qatılıb.

 

***

13:46

 

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.

 

​Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın Sidney şəhərində terror aktı baş verib.

 

İlkin məlumatlara əsasən, hücum nəticəsində azı 10 nəfər həlak olub, 60 nəfər yaralanıb.

 

​Hadisə Sidneyin mərkəzi hissəsində, yəhudi icmasının Hanuka bayramını qeyd etdiyi zaman baş verib. İlkin məlumatlara görə hücumu törədən şəxslərin 2 nəfər olduğunu bildirir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?